2011-ci ilin sentyabr ayında Moldova Respublikasının mötəbər “Банки и финансы” jurnalının 9-cu nömrəsində Səfir Namiq Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-illik yubileyi ilə əlaqədar “Əlaqələrin yaxşılaşdırılmasının həddi yoxdur” başlıqlı geniş müsahibəsi dərc olunmuşdur (müsahibə 4 səhifədə əlavə olunur).
Cari ilin 18 sentyabr tarixində Moldova Respublikasının paytaxtı Kişineu şəhərinin Puşkin adına bağında ənənəvi XI “Etnomədəniyyət festival”ı keçirilmişdir.
Cari ilin iyul ayının 28-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Namiq Əliyev Moldova Respublikasının Baş naziri Vladimir Filat ilə görüş keçirmişdir.
Cari ilin iyul ayının 28-də Azərbayvcan Respublikasının Moldova Respublikasındakı Səfiri Namiq Əliyev Moldova Respublikası Baş nazirin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Yuriy Lyanka ilə görüşmüşdür.
Azərbaycanın müstəqilliyinin bərpa olmasının 20-ci ildönümü ilə əlaqədar, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Moldova universitetlərinin tələbələri və xüsusi litseylərin yuxarı sinif şagirdləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinə Azərbaycan Demokratik Respublikasının yaradılmasının 93-cü ildönümünün bayram edilməsi ərəfəsində yekun vurulmuşdur.
Bununla əlaqədar müsabiqənin qalibləri və ən fəal iştirakçıları Səfirlikdə qəbul olunmuşdur.
Bu gün, iyun ayının 22-də Azərbaycan Respublikasının Moldova Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Namiq Əliyev Moldova Respublikasının Prezidenti vəzifəsini icra edən, Moldova Parlamentinin Spikeri Marian Lupuya öz etimadnamələrini təqdim etmişdir.
Bu gün – 2011-ci ilin 15 iyun tarixində Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi Moldova Azərbaycanlıları Konqresi (MAK) ilə birlikdə, MAK-ın mənzil qərargahında Milli Qurtuluş Günü münasibəti ilə Dəyirmi Masa keçirilmişdir. Bu tədbir, eyni zamanda Moldova Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfir Namiq Əliyevin Moldova Respublikasında yaşayan Azərbaycan diasporunun üzvləri ilə ilk tanışlıq görüşü olmuşdur.
Bu gün, iyun ayının 7-də Azərbaycan Respublikasının Moldova Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Namiq Əliyev Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyində qəbul olunmuşdur. Moldova XİN-də qəbul olunmuş protokol qaydalarına əsasən Səfir Namiq Əliyev öz etimadnamələrinin surətini Nazir müavini Andrey Popova təqdim etmişdir.